Siyəzəndə avtomobil aşıb, sürücü ölüb


18:17     27 Dekabr 2019 big_1405422456_qeza.jpg

Siyəzəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, dekabrın 26-da saat 22 radələrində Siyəzən şəhəri ərazisində şəhər sakini Namiq Süleymanov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 745