199 ədəd "metadon" həbi bağırsağında keçirən şəxs gömrükdə saxlandıldı


15:48     27 Dekabr 2019 2019/12/IMG_81865F-108E3B-B7FCB3-5C8E1E-CC586C-34215D_1577447422.jpg


Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan Respublikasının vətəndaşları gömrük nəzarətindən keçən zaman özlərini şübhəli apardıqlarına görə saxlanılıb və şifahi sorğu-sual olunublar.


Sorğu-sual zamanı hər iki şəxs üzərilərində gömrük nəzarətindən gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddələrin olmadığını bildiriblər.

Daha sonra onların üzərlərində ayrı-ayrılıqda şəxsi yoxlama aparılıb. Yoxlama zamanı vətəndaşların əynindəki şalvarın bel kəməri bağlanan yerin astarının altından ümumilikdə çəkisi 99 qram olan narkotik vasitə - tiryək aşkarlanıb.

Daha sonra daxili orqanlarının yoxlanması məqsədi ilə həkim müayinəsindən keçirilən vətəndaşlardan birinindaxili orqanı - düz bağırsağından selofana bükülü 3 ədəd bükümdə 199 ədəd "metadon" adlı həb aşkarlanıb.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.

Femida.az

Açar sözlər: #gömrük  

Oxunub: 809