Gədəbəydə avtomobil aşıb, 3 nəfər xəsarət alıb


17:02     27 Dekabr 2019 big_1405422456_qeza.jpg

Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az -ın məlumatına görə, rayonun Düz Yurd kəndində “Infiniti” markalı minik maşını yoldan çıxaraq, aşıb. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər – Abşeron rayon sakini, 1999-cu il təvəllüdlü Nağızadə Nicat Ədalət oğlu və rayonun Arıxdam kənd sakini, 1998-ci il təvəllüdlü Məmmədov Rusal Natiq oğlu xəsarət alıblar.

Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Gədəbəy rayon polis şöbəsində araşdırma aparılır.


Açar sözlər:

Oxunub: 757