"Gələn il Azərbaycanda vəkillərin sayı 2 mini keçəcək" - Anar Bağırov


12:07     28 Dekabr 2019 2018/07/anar-bagirovqq_1531983330.jpg

"Gələn ilin ortalarına qədər Azərbaycanda vəkillərin sayı 2 min nəfəri keçəcək".

Femida.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Vəkilliyə marağın artdığını vurğulayan Kollegiya sədri bildirib ki, 2008-ci ilədək ölkədə cəmi 900 nəfər vəkil var idi: "Son 2 il ərzində 800 hüquqşunas vəkilliyə qəbul olunub. Hazırda qəbul prosesi davam edir. 200-dən artıq hüquqşünas namizəd şifahi müsahibə mərhələsindədir. Yanvarın 31-də həmin namizədlər üçün yazılı imtahan keçiriləcək. Bu gün vəkilliyə böyük axın var. Hüquqşünaslar kütləvi şəkildə vəkilliyə sənəd verirlər. Bu sahəyə o qədər maraq var ki, imtahanları çatdıra bilmirik. Bu da onunla əlaqədardır ki, ölkədə güclü və nüfuzlu vəkilliyin əhəmiyyəti dövlət başçısı tərəfindən xüsusilə qeyd olunur. Hətta dövlət qurumlarında çalışan hüquqşünaslar da vəkilliyi seçirlər. Əminəm ki, gələn ilin ortalarına qədər ölkədə vəkillərin sayı 2 min nəfəri keçəcək. Bu artım davam edir".

A.Bağırov əlavə edib ki, regionlarda da vəkillərin sayı artmaqdadır:

"Bu məsələ uzun illər böyük problem olub. Əminəm ki, vəkillərin sayı artdıqca aztəminatlı, imkansız, hüquqi yardıma ehtiyacı olan şəxslər hüquqi yardım üzrə rastlaşdığı problemlərlə bağlı düzgün ünvana müraciət edəcəklər və öz hüquqlarını sivil qaydada müdafiə edəcəklər".

Femida.az

Açar sözlər: #vəkil   #Anar_Bağırov  

Oxunub: 1017