Bakıda yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələniblər


16:37     28 Dekabr 2019 siqaret-liderxeber-6401.jpg


Bakının iki rayonunda yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar cərimələniblər.


Daxili İşlrə Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Femida.az-a bildirilib ki, polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin Xəzər Rayon Polis İdarəsi və Yasamal Rayon Polis İdarəsi əməkdaşları ilə birgə keçirdikləri reydlər nəticəsində qeyd olunan rayonlar ərazisində mağazalarda satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.

Həmin mağazaların satıcıları – T.Rüstəmov, A.Nəsirov, N.Rzayev, N.Əliyeva barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

Bu istiqamətdə reydlər davam etdirilir.

Femida.az

Açar sözlər: #siqaret  

Oxunub: 781