Kürdəmirdə yol qəzası olub, ölən və yaralananlar var - FOTO


14:33     28 Dekabr 2019 2019/12/5635e293-17d3-43f0-a100-d111a3e151da_1577525162.jpg

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonu Çöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınıb.

"VAZ 2106" markalı avtomaşınların toqquşması nəticəsində sürücülərdən biri - Kürdəmir rayon Mollakənd sakini, 1995-ci il təvəllüdlü Xasanov Aslan Rüstəm oğlu hadisə yerində dünyasını dəyişib.

Daha iki nəfər isə ağır bədən xəsarəti ilə Kürdəmir Rayon Mərkəzi Xəxstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (Report)

Açar sözlər:

Oxunub: 651