Doktoranturalar yaradılan ali təhsil müəssisələrinin siyahısı dəyişib


20:27     28 Dekabr 2019 nazirler%20kabinettiii.jpg


Nazirlər Kabineti “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edib.

Femida.az-ın məlumatına görə, siyahıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə bölmə ləğv edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə bölmədə yer alan Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin fəlsəfə doktoru üzrə doktorantura yaradılması səlahiyyəti olub.

Digər dəyişikliyə əsasən, siyahıya Gənclər və İdman Nazirliyi üzrə bölmə əlavə edilib. Bu bölmədə yer alan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında fəlsəfə doktoru və elmlər doktoru üzrə doktoranturalar yaradılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 704


Oxşar xəbərlər