Əri tərəfindən döyülən gənc qadın xəstəxanada ölüb
09:15 29 Dekabr 2019
Bakıda həyat yoldaşı tərəfindən döyülən qadın xəstəxanada dünyasını dəyişib.
Hadisə üç gün bundan öncə, 26 dekabr tarixində paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsində baş verib.
Belə ki, 24 yaşlı Nuranə Əliyevanı döyən həyat yoldaşı onu ağır vəziyyətdə heç kimin görməməsi üçün yol kənarındakı kolluğun içərisinə atıb.
Lakin, bir müddət sonra geri dönərək Ə. Nuranəni 3 saylı Şəhər Klinik Xəstəxanasının həyətinə gətirib və tibb işçilərinə təhvil vermədən hadisə yerindən uzaqlaşıb.
Növbədə olan tibb işçiləri qadını dərhal xəstəxanaya gətirib, müvafiq tibbi yardım göstəriblər.
Palataya köçürülən qadına qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Lakin, həkimlərin səyinə baxmayaraq Ə. Nuranə bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır. / Report
Femida.az
Oxunub: 625
Oxşar xəbərlər
- Ərini qətlə yetirməkdə təqsirləndirilən qadının məhkəməsi başlayıb
- Ərinin yasında ustaya göz-qaş etdi, sevgilisi öldürüldü - MƏHKƏMƏ
- Ərini öldürüb meyitini kolluğa atan şəxsin məhkəməsi başlayır
- Əri tərəfindən qətlə yetirilən qadınla bağlı RƏSMİ MƏLUMAT
- Ərinə psixotrop maddə verdi, bıçaqlayıb öldürdü - TƏFƏRRÜAT
- Ərindən xəbərsiz qızılları “Lombard”a qoyan qadın polisə yalan məlumat verdi
- Əri tərəfindən dabankeşlə döyüldü
- Əri tərəfindən döyülən qadın özünü binadan atdı
- Əri həbsdə olan qadın iki körpəsini ataraq evdən qaçıb
- Ərinin üzüyünü oğurlayan qadın evdən qaçıb