Polis Bakıda mağazalardan fişəng və pirotexniki vasitələr götürüb


10:29     29 Dekabr 2019 19_12_29_1577601034.jpg

Polis əməkdaşları tərəfindən insanların sağlamlığına zərər vuran, ictimai asayişin pozulmasına səbəb olan, əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələrin, pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.



Femida.az-ın xəbərinə görə, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 6-cı Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə Bakı şəhər sakini E.Məmmədovdan 4 qutu və R.Süleymanovdan 12 qutu pirotexniki vasitə aşkar olunraq götürülüb.

Bundan başqa, Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsi (PŞ) əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə paytaxt sakini H.İsmayılovdan 193 ədad pirotexniki vasitə, Ə.Gülməmmədovdan 10 ədad yüksək alışdırıcı qabiliyyətinə malik fişəng, Xəta RPİ-nin 36-cı PB əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə Masallı rayon sakini R.Şəmiyevdən 13 ədəd fişəng, 16 qutu pirotexniki vasitə, R.Mamedovdan 2 ədəd pirotexniki vasitə, Xətai RPİ-nin 37-ci PŞ əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə Q.Qəhrəmanovdan isə 15 qutu pirotexniki vasitə aşkar olunraq götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 636