Aydın Bəşirov Türkiyədə vəfat edib


12:30     29 Dekabr 2019 19_12_29_1577608226.jpg


Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov vəfat edib.

A.Bəşirov uzun sürən xəstəlikdən sonra Türkiyədə vəfat edib. Mərhumun cənazəsinin bu gün axşam Bakıya gətiriləcəyi və sahab dəfn ediləcəyi gözlənilir.

Qeyd edək ki, A.Bəşirov 1947-ci ildə Bakının Güzdək kəndində anadan olub. Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 19 avqust tarixli fərmanı ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi təyin edilib. 2013-cü ildə isə vəzifəsindən azad edilib. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 1087