ABAD uşaqların arzularını reallaşdırmaq üçün sərgi keçirdi
12:38 29 Dekabr 2019
Bakının tarixi guşəsi olan İçəri Şəhər ərazisində yerləşən “Art Tower” qalereyasında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “ABAD” - Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxsin və ADA Universitetinin təşəbbüsü, “Yaşıl ASAN” və “Arts Council”in təşkilati dəstəyi ilə “DrinkART: bir fincan incəsənət” sərgisi baş tutdu.
Femida.az xəbər verir ki, sərgi təşkilatçı qurumların rəsmi nümayəndələrinin giriş nitqi ilə açıq elan edildi. Qeyd olundu ki, layihənin məqsədi ətraf mühitin plastik və digər növ tullantılardan qorunması ilə yanaşı incəsənəti təbliğ etməkdir.
Layihənin ilk mərhələsində “ABAD”ın İçərişəhər etno-butiki, ADA Universiteti və “Arts Council”ın ərazilərində istifadə olunmuş plastik və karton fincanların toplanması üçün “Yaşıl ASAN”ın xüsusi konteynerləri yerləşdirildi. Toplanmış tullantılar üzərində ABADçı rəssamlar, ADA Universitetinin istedadlı tələbələri və könüllü rəssamlar müxtəlif tanınmış milli və beynəlxalq rəsm əsərlərini həmçinin də öz fantaziyalarını əks etdirdilər.
Qeyd edək ki, xeyriyyə məqsədi ilə “ASAN Məktub" layihəsi çərçivəsində uşaqların arzularını reallaşdırmaq üçün fincanlar simvolik qiymətlərə iştirakçılar tərəfindən əldə edildi.
Xatırladaq ki, “DrinkART: bir fincan incəsənət” layihəsi davam edir. Üzərində rəsm çəkilmiş fincanları İçərişəhərdə yerləşən “ABAD” etno-butikində əldə edərək “ASAN Məktub” layihəsinə dəstək ola bilərsiniz.
Femida.az
Oxunub: 1094
Oxşar xəbərlər
- Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb
- Cəlilabadın icra başçısının müavini işdən çıxarılıb
- Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var
- Sabirabadda yeniyetməni avtomobil vuraraq ağır xəsarət yetirib
- Cəlilabadda kütləvi dava olub, biri yeniyetmə olmaqla üç nəfər xəsarət alıb
- Kamran Əliyev İmişli, Saatlı, Sabirabad və Cəbrayıl sakinlərini qəbul edib
- Cəlilabadda 30 yaşlı şəxs intihar edib
- Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var
- Sabirabadda yol qəzası olub, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
- Sabirabadda arvadını intihar həddinə çatdırmaqda təqsirləndirilən şəxsə hökm oxunub