Sükan arxasında siqaret çəkən 235 sürücü cəzalandırılıb


12:52     29 Dekabr 2019 19_12_29_1577609581.jpg

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn bəzi məsələlərin icrası ilə bağlı həyata keçirilən layihə uğurla davam edir.



Bakı Nəqliyyat Agentliyindən Femida.az-a verilən məlumata görə, layihənin icra edildiyi 4-cü rübün sonunda sərnişinlər tərəfindən avtobus sürücülərinin sükan arxasında tütün məmulatından istifadə etməsi ilə bağlı ümumilikdə 127 müraciət daxil olub. Bu müraciətlər əsasında müxtəlif müntəzəm marşrut xətlərində çalışan 36 nəfər avtobus sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tənbeh tədbiri görülüb. Eyni zamanda, rüb ərzində müvafiq inzibati xəta barəsində daha çox məlumat verən, tütün məmulatlarından istifadəyə qarşı mübarizə tədbirlərində Bakı Nəqliyyat Agentliyinə dəstək olan bir neçə sərnişin isə mükafatlandırılıb.

Qeyd edək ki, 2019 cu ilin yekunlarına əsasən vətəndaşlar tərəfindən ümumulikdə 429 xəta təqdim edilib. 235 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 912