Kürdəmirdə ağır qəza: Ölü və yaralı var


14:23     29 Dekabr 2019 big_1405422456_qeza.jpg

Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisində rayon sakinləri İ.Rəhimovun və Aslan Xasanovun idarə etdikləri iki “VAZ-21063” markalı avtomobil toqquşub.

Nəticədə A.Xasanov hadisə yerində ölmüş, İ.Rəhimov və 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 626