“ASAN xidmət” işçilərinin peşə bayramı qeyd olunub
14:49 29 Dekabr 2019
29 dekabr - “ASAN xidmət” işçilərinin peşə bayramı günü münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin kollektivi Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.
Femida.az xəbər verir ki, Ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Şəhidlər xiyabanında ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Dövlət Agentliyində keçirilən tədbirdə Agentliyin sədri Ülvi Mehdiyev çıxış edərək əməkdaşları peşə bayramı günü münasibətilə təbrik edib. Sonda xidməti fəaliyyətində fərqlənən əməkdaşlara təşəkkürnamələr təqdim olunub.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə dekabrın 29-u Azərbaycan Respublikasında “ASAN xidmət” işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
Femida.az
Oxunub: 598
Oxşar xəbərlər
- “ASAN xidmət” mərkəzlərində iş başladı
- “ASAN xidmət”in fəaliyyəti BMT-nin qlobal nəşrində
- “ASAN İmza” ümumdünya hesabatına ən yaxşı təcrübə kimi daxil edilib
- “ASAN Xidmət”ə yeni səlahiyyət verilib
- “ASAN xidmət”ə 5,7 milyon müraciət daxil olub
- “ASAN xidmət”in bu əməkdaşları təltif olundu
- “ASAN xidmət” vətəndaşlara müraciət edib
- “ASAN xidmət” və "ASAN Kommunal" noyabrın 9-u işləməyəcək
- “ASAN xidmət”in 36 əməkdaşı könüllü ordu sıralarına qoşuldu
- “ASAN müraciət” informasiya sistemi yaradılır