Prezident İlham Əliyev sərəncam imzaladı


17:55     29 Dekabr 2019 19_12_29_1577627785.jpg

Prezident İlham Əliyev Yunəyirici-boyaq fabrikinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.


Femida.az -ın məlumatına görə, sərəncamla Yunəyirici-boyaq fabrikinin tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.24.13-cü yarımbəndində göstərilmiş məbləğin 17 535 600 manatı "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

.

Açar sözlər:

Oxunub: 552