Naxçıvanda publik hüquqi şəxslərlə bağlı YENİ QAYDA


09:10     30 Dekabr 2019 2019/12/F2F3F892-7AF6-49D1-9799-CAFF294191EF_1577681272.jpeg

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.


Femida.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndinə əsasən "Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi Qaydası” təsdiq edilib.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin nümunəvi formasını təsdiq etmək tapşırılıb.

Fərman 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 390