Əslən Şuşadan olan Türkiyənin ilk qadın vəkili: Sürəyya Ağaoğlu (VİDEO)


10:04     30 Dekabr 2019 19_12_30_1577685884.jpg


29 dekabr əslən azərbaycanlı - Dağlıq Qarabağın Şuşa şəhərindən olan, Türkiyənin ilk qadın vəkili Sürəyya Ağaoğlunun vəfatının 30 illiyidir.

Femida.az xəbər verir ki, S.Ağaoğlu görkəmli Azərbaycan siyasi xadimi Əhməd bəy Ağaoğlunun qızıdır.

Uşaqlıq və gənclik illəri Türkiyə milliyyətçi ocaqları və Mustafa Kamal Paşa Atatürkün yaxın dostları arasında keçib. Bir neçə dəfə atası Əhməd bəy Ağaoğlu ilə birlikdə Mustafa Kamal Atatürklə şəxsən görüşüb. Türkiyənin ilk qadın vəkili, Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin ilk prezidenti olan Sürəyya Ağaoğlu İstanbul Hüquq Fakültəsini bitirdiktən sonra ömrünün sonuna qədər vəkilliklə məşğul olub. 1950-ci ildə Alman hüquqşünas Verner Taşenbreker ilə ailə qurub.

Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin ilk prezidenti olan Sürəyya Ağaoğlu, Azad Fikirləri Yayma Dərnəyi və Türk-Amerikan Universitetlər Dərnəyinin təməl qoyucusudur.

Sürəyya xanım 29 dekabr 1989-cu ildə İstanbulda beyninə qan sızması nəticəsində vəfat edib.



Femida.az

Açar sözlər: #vəkil   #Türkiyə   #qadın   #SürəyyaAğaoğlu  

Oxunub: 4283