Evlərdən oğurluq edən şəxs tutulub - İmişlidə


17:55     25 Noyabr 2015 hebs_5860.jpg

İmişli rayonunda evlərdən silsilə oğurluq edən şəxs tutulub.


Oğurluq faktı İmişli şəhər sakini Pərviz Allahverdiyev rayon Polis Şöbəsinə müraciət edərək evindən oğurluq edildiyini bildirib.

Daxil olan müraciət əsasında əməliyyat tədbirlərinə başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Cahangirov Tuqay Ağəli oğlu isti izlərlə saxlanılıb. Həmçinin araşdırma zamanı saxlanılan şəxsin İmişli şəhərində törətdiyi digər oğurluqlar da məlum olub. Belə ki, onun iyun ayında İmişli sakini Abdullayev Elman Madər oğlunun evindən 2000 manat dəyərində qızıl-zinət əşyaları, həmçinin 50 manat pul oğurladığı aşkarlanıb. Bununla yanaşı, T. Cahangirov oktyabr ayında da Əsgərova Təranə Ceyhun qızına məxsus mənzilin boş olduğunu bilib oradan da müxtəlif ev əşyalarını oğurlayıb.

Saxlanılan şəxsin daha əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə də məhkumluq həyatı yaşadığı bildirilir./apa/

Açar sözlər:

Oxunub: 885