Hərbi hissələrdə “Açıq qapı günü” keçirilir
10:35 30 Dekabr 2019
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bu gün bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı günü” keçirilir.
Femida.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər.
“Açıq qapı günü” çərçivəsində Müdafiə naziri, nazir müavinləri və qoşun növü komandanlarının valideynlərlə keçirilən görüşlərində hərbi xidmətlə bağlı məsələlər müzakirə ediləcək və ziyarətçiləri maraqlandıran suallar cavablandırılacaq.
Bayram günü münasibətilə şəxsi heyət üçün mədəni-kütləvi tədbirlər keçiriləcək və bayram sovqatları təqdim ediləcək.
Femida.az
Oxunub: 498
Oxşar xəbərlər
- Hərbi attaşelər Ermənistanın genişmiqyaslı təxribatı barədə məlumatlandırılıb
- Hərbi liseylərə qəbul imtahanı keçiriləcək
- Hərbi qulluqçumuz VƏFAT ETDİ
- Hərbi qulluqçuların məcburi icbari narkoloji müayinədən keçirilməsinə dair layihə qəbul edilib
- Hərbi Hava Qüvvələrində təlimlər keçirilib
- Hərbi Prokurorluğun nümayəndələri azad edilən ərazilərə gedib
- Hərbi prokurorun müavini vəzifəsindən azad edilib
- Hərbi prokurorluq işçiləri olmayan hərbçilərin maaşı artırılıb
- Hərbi Prokurorluqda kollegiya iclası keçirilib
- Hərbi forma geyinən bu şəxslər cərimə olunacaq