Miqrasiya Xidməti qaçqın ailələrin uşaqları üçün Yeni il şənliyi təşkil edib


11:25     30 Dekabr 2019 19_12_30_1577690747.jpg


Dövlət Miqrasiya Xidmətində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycanda qaçqın statusu almış ailələrin uşaqlarının və Xidmət əməkdaşlarının övladlarının iştirakı ilə tədbir keçirilib.


Femida.az xəbər verir ki, tədbir uşaqlar arasında dostluq və qardaşlıq bağlarının qurulmasına, qaçqın ailələrin övladlarının cəmiyyətə inteqrasiyasına, yeni dostlar qazanmasına, həmyaşıdlar arasında səmimi ünsiyyət qurulmasına töhfə olub.

Miqrasiya Könüllülərinin iştirakı ilə keçirilən tədbirdə Yeni ilin əvəzolunmaz personajları Şaxta baba və Qar qız, sevimli nağıl qəhrəmanlarının maraqlı çıxışları, eləcə də alov və şar şousu, “face art” və digər əyləncələr uşaqlara xoş bayram əhval-ruhiyyəsi yaşadıb.

Tədbirdə Ombudsman Aparatının Qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi şöbəsinin müdiri Turan Cahangirova da iştirak edib.

Sonda xatirə şəkilləri çəkilib.



Femida.az

Açar sözlər: #Miqrasiya  

Oxunub: 517