ATV-yə yeni İcraçı direktor təyin olundu


12:02     30 Dekabr 2019 2019/12/82006-1577692807_1577692972.jpg

ATV-də yeni təyinat olub.

Telekanalın mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, "Azad Azərbaycan" MTRK-nın prezidenti Azər Xəlilov, bu gün kanalın icraçı direktor vəzifəsinə yeni təyinatla bağlı əmr imzalayıb.

Əmrə əsasən, teleradio kampaniyasının İcraçı direktoru vəzifəsinə İsmayıl Həsənov təyin olunub.

Xatırladaq ki, İsmayıl Həsənov bu təyinata qədər "ARB Media Qrup"un Strateji inkişaf və Marketinq direktoru vəzifəsində çalışıb.

Femida.az

Açar sözlər:

Oxunub: 844


Oxşar xəbərlər