Gələn il 7 “ASAN xidmət” mərkəzi açılacaq


12:09     30 Dekabr 2019 19_12_30_1577706266.jpg

"Balakəndə "ASAN xidmət" mərkəzinin tikintisi davam edir. Mərkəz gələn ilin birinci yarısında istifadəyə veriləcək".


Femida.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") sədri Ülvi Mehdiyev deyib.
Onun sözlərinə görə, 2020-ci ildə 7 "ASAN xidmət" mərkəzinin açılışı nəzərdə tutulur: "Hər bir regionda 1 "ASAN xidmət"in yaradılması həmin regionda 200-dən çox gəncin işlə təmin olunması deməkdir".

Femida.az

Açar sözlər: #ASANXidmət  

Oxunub: 734