Qaçqın statusu əldə etməklə bağlı yeni vəzifələr təsdiqləndi


12:25     30 Dekabr 2019 miqrasiya1.jpg


Dövlət Miqrasiya Xidmətinin Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsinə yeni vəzifələr həvalə edilib.


Femida.az-ın məlumatına görə, Dövlət Miqrasiya Xidmətinin Kollegiyası bununla bağlı “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsi haqqında Əsasnamə”də dəyişiklik edib.

Dövlət Miqrasiya Xidmətinin Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsinə qaçqın statusu almaq niyyətində olan şəxslərlə müsahibələr keçirmək və hər birinin adına şəxsi iş açmaq, onların ailə üzvləri barədə məlumatları idarədə toplamaq, Xidmətin vahid miqrasiya məlumat sistemində idarənin səlahiyyətlərinə dair əksini tapmalı məlumatları həmin sistemə müvafiq qaydada daxil etmək və qaçqın statusu əldə etmək barədə vəsatət vermiş şəxsləri məcburi dövlət daktiloskopik qeydiyyatından keçirmək həvalə olunub.

Femida.az

Açar sözlər: #Miqrasiya  

Oxunub: 657