Şəkidə polis əməkdaşları aztəminatlı ailələrə bayram sovqatı paylayıb - Fotolar


14:32     30 Dekabr 2019 19_12_30_1577701699.jpg


Şəkidə polis əməkdaşları aztəminatlı ailələrə bayram sovqatı paylayıb.

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə torpaqlarımızın müdafiəsi uğrunda canından keçmiş şəhid ailələrinə, eləcə də aztəminatlı ailələrə bayram sovqatları paylanılıb.



DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar həmin ailələrə təqdim olunub, qarşıdan gələn bayram münasibətilə onları təbrik ediblər.



Bu təşəbbüs vətəndaşlar tərəfindən də böyük sevinclə qarşılanıb, onlar göstərilən bu diqqət və qayğıya görə, polis əməkdaşlarına öz minnətdarlıqlarını bildiriblər.



Femida.az

Açar sözlər: #polis   #Şəki  

Oxunub: 1360