545 nəfər “ASAN xidmət”ə müraciət edib - Ovçuluq biletinə görə


15:07     30 Dekabr 2019 qanunsuz%20ovcu.jpg

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən göstərilən bir sıra xidmətlər, o cümlədən ovçuluq biletinin alınması, dəyişdirilməsi bu ilin sentyabr ayından başlayaraq "ASAN xidmət" vasitəsi ilə həyata keçirilir. Ötən müddət ərzində 5 saylı "ASAN xidmət" vasitəsilə ovçuluq biletinin alınması üçün 545 müraciət olunub.

Femida.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

Onun sözlərinə görə, 294 müraciət ovçuluq biletinin istifadə müddətinin artırılması, 251 müraciət isə ovçuluq biletinin alınması üçün imtahanda iştirak etmək məqsədi daşıyıb.

İ.İbrahimova qeyd edib ki, bununla vətəndaş müraciətlərinin daha operativ və asan şəkildə həll edilməsinə, şəffaflığın artırılmasına, göstərilən xidmətlərin təkmilləşdirilməsinə və vətəndaş məmnunluğunun təmin edilməsinə nail olunur.


Femida.az

Açar sözlər:

Oxunub: 487


Oxşar xəbərlər