MTRŞ aparıcıların efirdə yol verdiyi nöqsanları açıqlayıb - SİYAHI


16:30     30 Dekabr 2019 mtrss.jpg

"Efir məkanında Dövlət dilinin istifadəsi ilə bağlı müəyyən problemlər aşkarlanıb".


Femida.az xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasının 2019-cu il üzrə hesabatında bildirilib.

Həmin problemlər, əsasən, aşağıdakı istiqamətlərdə müşahidə edilib:

- aparıcıların bir sıra hallarda Azərbaycan ədəbi dilinin normalarına riayət etməməsi, nitqlərində dolaşıqlığa, söz sırasının pozulmasına yol verməsi, məişət dilini efirə çıxarması, bəzən bayağı nitq sərgiləmələri;

- aparıcıların qeyri-dövlət dilində olan söz və ifadələrdən istifadə etmələri;

- aparıcıların dəvət olunmuş xarici dilli qonaqlarla xarici dildə danışmağa meyl etməsi;

- aparıcıların nitqlərində rus və türk dilinin təsirinin hiss edilməsi:

- bəzi aparıcıların ləhcədə danışması;

- verilişlərdə xarici dildə danışan qonaqların nitqinin yalnız subtitrlə tərcümə edilməsi;

- teleradio verilişlərində və reklamlarda tamaşaçı və dinləyici auditoriyasını qıcıqlandıra biləcək kobud sözlər, söyüşlər, qeyri-etik və təhqiramiz ifadələrin işlədilməsi və s.

Bundan başqa, il ərzində ölkə ərazisində fəaliyyət göstərən radio kanalların da növbəli şəkildə monitorinqləri aparılıb. Monitorinqlər zamanı radio kanallar tərəfindən yol verilmiş bir sıra nöqsanlar aşkar edilmiş və müvafiq şəkildə sənədləşdirilib.

Radio yayımçılarının efirində qanunvericiliyin tələblərinə riayət olunması istiqamətində ötən illərlə müqayisədə müəyyən müsbət dəyişikliklər diqqəti cəlb etsə də, sponsor reklamları və interaktiv proqramlarda aparıcılar tərəfindən xoşagəlməz davranışlara, ifadələrə yol verməsi ilə bağlı faktlar müşahidə edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 566