Azərbaycana 2 kiloqramdan çox heroinin keçirilməsinin qarşısı alınıb


19:09     30 Dekabr 2019 2019/12/65bc5bc0-617d-4e4b-a12e-70c7a4784492_1577711415.jpg


Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İrandan gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçən zaman özünü şübhəli apardığına görə saxlanılıb və sorğu-sual olunub.


Femida.az bu barədə Komitəyə isitinadən xəbər verir.

Məlumata görə, şifahi sorğu-sual zamanı gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin, o cümlədən narkotik vasitələrin, psixotrop maddələrin olmadığını bildirilib.

Qeyd edək ki, şəxsi yoxlama zamanı əynində olan qara rəngli gödəkçənin içəri sol qoltuq cibindən, gömrük nəzarətinə bəyan olunmayan 2 ədəd "Oksimetolon" adlı həb və cins şalvarının bel kəməri bağlanan yerin astarının altından qara rəngli rezinlərə bükülərək yerləşdirilmiş 2 385 qram olan narkotik vasitə-heroin, 3 881 qram psixotrop maddə-metamfetamin, ümumilikdə, 48 ədədüzərində "Z" nişanəsi olan metadon adlı həblər aşkarlanıb.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı",metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na, oksimetolonisə "Güclü təsir edən maddələrin Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 488