Gömrükdə gizlədilən telefonlar aşkarlandı


18:58     30 Dekabr 2019 2019/12/3B3BAE54-075D-4950-B1C8-522112230EE9_1577716489.jpeg

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mobil telefonları Azərbaycan gömrük sərhədindən gizlətməklə və bəyan etmədən keçirmə cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Femida.az-a verilən məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı “Yaşıl kanal” buraxılış sistemindən istifadə edərək gömrük nəzarətindən keçərkən saxlanılıb.

Yoxlama zamanı sərnişindən gömrük nəzarətinə bəyan olunmayan və gizlədilən, hər biri şəffaf sellofana bükülü 7 ədəd “iPhone 11 Pro” və 2 ədəd “iPhone XS” markalı mobil telefonlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 511