Ağsuda iki uşaq anası dəm qazından öldü


21:50     30 Dekabr 2019 19_12_30_1577724026.jpg

Ağsuda qadın dəm qazından zəhərlənərək ölüb.

Femida.az -ın məlumatına görə, hadisə rayonun Qaraqoyunlu kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1996-cı il təvəllüdlü Hacıyeva Əfsanə Səməd qızı yaşadığı evin hamamında çimərkən dəm qazından zəhərlənərək ölüb. Onun cansız cəsədi ailə üzvləri tərəfindən aşkar edilib.

Qeyd edək ki, Ə.Hacıyeva ailəlidir, iki övladı var.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 566