Müdafiə naziri aprel döyüşlərində azad edilmiş ön xətt mövqelərində olub - VİDEO


11:50     31 Dekabr 2019 2019/12/D2EE1AF3-E323-4C07-8B43-CABA34EBB6A3_1577778622.jpeg



Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Müdafiə Nazirliyinin rəhbər heyəti cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub.

Femida.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprel döyüşləri zamanı Talış kəndi istiqamətində azad edilmiş ön xətt mövqelərində döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən Müdafiə naziri general-polkovnik Zakir Həsənov müdafiənin dayanıqlığı, hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığını yoxlayıb, komanda-müşahidə məntəqəsindən düşmən mövqelərini izləyib.



Femida.az

Açar sözlər:

Oxunub: 777