DİN jurnalistlərin saxlanılması xəbərinə aydınlıq gətirib


13:52     31 Dekabr 2019 dinnnn.jpg

Sosial şəbəkələrdə Nərimanov rayonu ərazisində jurnalistlərin saxlanması ilə bağlı iddialar yer alıb.


Femida.az xəbər verir ki, sözügedən iddialarla bağlı DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Musavat.com-a açıqlama verib.

E.Zahidovun sözlərinə görə, dekabrın 31-i gecə saat 02:10-da Nərimanov rayonu ərazisindəki parkda yerləşən kafelərdən birinin sahibi DİN-in 102 çağrı mərkəzinə müraciət edərək, özlərini jurnalist kimi təqdim edən 4 nəfərin narahatlığa səbəb olan hərəkətlər etdiklərini bildirib:

"O, bununla əlaqədar polislərin tədbir görməsini xahiş edib. Ərazidə xidmətdə olan Post-Patrul Xidmətinin əməkdaşları qeyd olunan ünvana gələrək, həmin şəxsləri 18-ci Polis Şöbəsinə gətiriblər. Şəxsiyyətləri müəyyən edilərkən onlardan ikisinin - Rəfael Hüseynzadənin və Əvəz Şıxməmmədovun jurnalist, digər iki nəfərin - Elvin Cabbarovun və Əfsan Məmmədovun isə onların tanışları olduğu bilinib. Polis Şöbəsində cəmi 30 dəqiqə ərzində profilaktiki və izahedici söhbət aparıldıqdan, onlar da öz səhvlərini başa düşdükdən və bir də belə hərəkətlərə yol verməyəcəklərinə söz verdikdən sonra sərbəst buraxılıblar".

Məlumata görə, Rəfael Hüseynzadə Meydan TV-nin, Əvəz Şıxməmmədov isə "Respublika Xəbərləri" saytının əməkdaşlarıdır.

Açar sözlər:

Oxunub: 1419