Pirotexnik vasitə uşağın barmaqlarını qopartdı


16:52     31 Dekabr 2019

10 yaşlı uşağın üç barmağı pirotexnik vasitənin partlaması nəticəsində qopub. Bu barədə “RİA Novosti” xəbər yayıb.

Bildirilir ki, hadisə Rusiyanın Kuban əyalətində baş verib.

Həkimlər uşağın vəziyyətinin stabil olduğunu, ancaq yeni ilin ilk həftəsini xəstəxanada keçirəcəyini söyləyib.

Qeyd edək ki, sözügedən pirotexnik vasitələr Azərbaycanda da uşaqlar tərəfindən geniş şəkildə istifadə olunur. Xüsusən, bayram ərəfəsində valideynlər yuxarıda qeyd edilən hadisəni görməzdən gələrək, bu cür partlayıcı vasitələri uşaqlarını sevindirmək üçün alırlar. Amma unudurlar ki, 5-10 dəqiqəlik sevinc ömür boyu peşmanlıqla nəticələnə bilər.

Açar sözlər:

Oxunub: 421