BNA bayram gecəsi xüsusi rejimdə işləyir


19:08     31 Dekabr 2019 19_12_31_1577804876.jpg


Bakı Nəqliyyat Agentliyi bayram gecəsi xüsusi rejimdə işini davam etdirir.


Femida.az xəbər verir ki, bunu agentliyin mətbuat katibi Mais Ağayev bildirib. Onun sözlərinə görə, Dənizkənarı Milli Parkda keçiriləcək atəşfəşanlıq və bayram şənlikləri ilə əlaqədar şəhər mərkəzi istiqamətində nəqliyyat axını müşahidə olunur.

"Lakin hazırda şəhər yollarında sıxlıq müşahidə olunmur. Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi tərəfindən mərkəzi küçələrdə işıqforların vaxt planlanmasında dəyişiklik edilib.

Həmçinin, müntəzəm marşrut xətlərinin hərəkətinə və qanunsuz parklanma hallarına qarşı nəzarət artırılıb".

Femida.az

Açar sözlər:

Oxunub: 460