Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb


11:26     01 Yanvar 2020 20_01_01_1577863616.jpg

Sabirabadda yol qəzasında ölən şəxsin kimliyi məlum olub.

APA-nın məlumatına görə, Hacıqabul-Horadiz yolunun Sabirabad rayonunun Qaratəpə kəndindən keçən hissəsində “Mercedes” markalı avtomobil yolu keçən Sabirabad sakini, 1983-cü il təvəllüdlü Əkbərov Vüsal Abdul oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.



Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 540