Azərbaycanda yaşayış minimumu 190 manat oldu


11:54     01 Yanvar 2020 20_01_01_1577863754.jpg

Bu gündən Azərbaycanda yaşayış minimumu ölkə üzrə 190 manat müəyyən olunub.

Femida.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi 2020-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında qanunlarda öz əksini tapıb.


Eyni zamanda, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilib.

Bununla yanaşı ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində təsdiq edilib.

Açar sözlər:

Oxunub: 593