Heyvan və quş yemlərinin satışı 4 il müddətində ƏDV-dən azad edilib


12:20     01 Yanvar 2020 20_01_01_1577865635.jpg

Bu gündən heyvan və quş yemlərinin satışı 4 il müddətində əlavə dəyər vergisindən (ƏDV ) azad edilib.

Prezident İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə tətbiqi barədə fərman imzaladığı “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.

Qanuna əsasən, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr 2020-ci il yanvarın 1-dən 4 il müddətində ƏDV-dən azaddır.

Açar sözlər:

Oxunub: 475