DİN-dən ölümlə nəticələnən yol qəzaları barədə - Açıqlama


15:12     01 Yanvar 2020 daxili%20isler%20her%20kes.jpg

Daxili İşlər Nazirliyi ötən gün ərzində baş verən yol-nəqliyyat hadisələri barədə məlumat yayıb.

Femida.az xəbər verir ki, dekabrın 31-də saat 12 radələrində Gədəbəy rayonunun Yenikənd kəndi ərazisində Qurudərə kənd sakini İ.İsmayılzadənin idarə etdiyi “Volkswagen” və şəhər sakini Fərman Həsənovun idarə etdiyi “VAZ-2109” markalı avtomobillər toqquşub.

Nəticədə hər 2 sürücü, İ.İsmayılzadənin 1 sərnişini, habelə F.Həsənovun 2 sərnişini xəstəxanaya yerləşdirilib. F.Həsənov orada ölüb

Həmin gün saat 20 radələrində Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində Kürdəmir rayon sakini A.Əsgərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Qubalı Baloğlan kənd sakini Sitarə Əsgərovanı vurub.

Piyada hadisə yerində ölüb.

Yasamal rayonu ərazisində - Kənar Dairəvi yolda Sabirabad rayon sakini N.Şükürov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Qəbələ rayon sakini Sevil İslamovanı vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Bundan başqa, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.Məmmədov idarə etdiyi “AzSamand” markalı avtomobillə yolu keçən qəsəbə sakini Asif Məmmədovu vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Daha bir qəza Hacıqabul rayonunun Qarasu kəndi ərazisində qeydə alınıb.

Bakı şəhər sakini M.İsmayılov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Cəlilabad rayon sakini Rahib Diniyevi vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Binə qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Ş.Əliyevin vurulması və xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə Xəzər rayon Polis İdarəsinin 3-cü polis bölməsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Ford” markalı avtomobillə törədilməsi müəyyən edilib.

Yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin nəqliyyat vasitəsinin sürücüsü, Bakı şəhər sakini A.Rəcəbov avtomobillə birgə 3-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1381