Yeni il gecəsi Abşeronda villadan 400 min manatlıq oğurluq olub


16:45     02 Yanvar 2020 20_01_02_1577969183.jpg

Yeni il gecəsi Abşeron rayonunda villadan oğurluq olub.

Femida.az xəbər verir ki, hadisə rayonun Digah qəsəbəsində qeydə alınıb.

Məlumata görə, A.Hüseynovaya məxsus villadan 31 dekabrdan 1 yanvara keçən gecə içərisində 200 min manatlıq qızıl və 120 min dollar pul (ümumilikdə 400 min manatdan çox) olan seyf oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 526