ABŞ-ın bombardmanı nəticəsində iranlı general öldürüldü


09:09     03 Yanvar 2020 20_01_03_1578028330.jpg

İranlı general Qasım Süleymani öldürülüb. İran hökuməti onun Bağdadın hava limanına endirilən raket zərbələri nəticəsində öldüyünü təsdiq edib.


Femida.az xəbər verir ki, bu barədə “PRESS TV” məlumat yayıb.

Qeyd olunub ki, atılan raketlərdən biri generalın olduğu avtomobil karvanının üzərinə düşüb.

Pentaqon da ABŞ-ın raket zərbəsi nəticəsində İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymaninin öldüyünü rəsmi olaraq təsdiq edib.

Nazirlik raketlərin ABŞ Prezidenti Donald Trampın əmri əsasında atıldığını bildirib.

“General Süleymani ABŞ diplomatlarına, İraq və digər ölkələrdəki hərbçilərə hücum planları üzərində fəal işləyirdi. Süleymani, bu həftə Bağdaddakı ABŞ səfirliyinə edilən hücum planını da təsdiq etmişdi”.

Femida.az

Açar sözlər: #İran  

Oxunub: 1278