Baş Prokurorluq fəaliyyətini dayandırdı - Ukraynada


09:57     03 Yanvar 2020 20_01_03_1578028818.jpg


Ukraynada hüquqi islahatlar çərçivəsində Baş Prokurorluq fəaliyyətini dayandırıb.


Femida.az-ın gazeta.ru-ya istinadən verdiyi məlumata görə, qurumun adı dəyişdirilərək Baş Prokurorun Ofisi adlanacaq.

Müvafiq islahatların həyata keçirilməsi səbəbindən bütün prokurorluq sistemində ştatlar yenidən işlənəcək.

Məlumatda bildirilir ki, 2019-cu ilin payızında Ukraynada hazırlanmış hesabatda prokurorluq sisteminin reytinqi dövlət orqanları arasında ən aşağı səviyyədə olub. Qurumda dəyişikliyin edilməsinin səbəblərindən biri də bu göstərilir.

Femida.az

Açar sözlər: #BaşProkurorluq   #Ukrayna  

Oxunub: 1009