Zaqatalada piyadanı maşın vurub


10:09     04 Yanvar 2020 piyada_olumu_233.jpg

Zaqatalada yolu keçən piyadanı avtomobil vurub

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az -a verilən məlumata görə, dünən axşam saatlarında Zaqatala şəhəri Nizami küçəsində rayonun Yuxarı Tala kənd sakini Sulxayev Murad idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən piyada Zaqatala şəhər sakini Fərasət Davudovanı vurub və nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Femida.az

Açar sözlər:

Oxunub: 486