"Azərişıq" ASC-nin transformatorunda baş vermiş yanğın söndürülüb


12:20     04 Yanvar 2020 2020/01/159E6FA7-BC1F-41F5-B5BF-C731CD3EC104_1578125983.jpeg

Bu gün səhər saat 05.50-də Qobustan stansiyasının ərazisində "Azərişıq" ASC-yə məxsus transformatorda yanğın olub.

Femida.az xəbər verir ki, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin ərazi üzrə yanğınsöndürmə maşınları, Biləcəri və Hacıqaqbul yanğınsöndürmə qatarları cəlb edilib. Saat 08:30-da yanğın söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb, qatarların hərəkətində fasilə yaranmayıb. Yanğına texniki nasazlıq səbəb olub.

Hadisənin təfərrüatı və başvermə səbəbləri araşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 592


Oxşar xəbərlər