Hacıqabulda yol polisinin maşını qəzaya düşdü


12:40     04 Yanvar 2020 2020/01/A05006D0-3861-4207-8849-0E11D781F43C_1578127156.jpeg

Yol Patrul Xidmətinə (YPX) məxsus avtomobil qəzaya düşüb.

Femida.az -ın məlumatına görə, hadisə Hacıqabul rayonu ərazisində baş verib. Belə ki, içində polislərin olduğu xidməti avtomobil yol ayrıcına çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da, YPX maşınına ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 723