Bakıda 8 nəfər liftdə köməksiz vəziyyətdə qaldı


15:34     04 Yanvar 2020 20_01_04_1578137769.jpg

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal, Binəqədi və Səbail rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub.

Femida.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2-si azyaşlı olmaqla 8 nəfərin liftdən çıxarılması təmin edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 414