NATO İraqdakı təlim missiyasını dayandırıb


19:46     04 Yanvar 2020 2020/01/628992fb-f871-46c6-8804-b9dfe0b1e655_640_1578150646.jpg

NATO İraqda yerli ordu üçün kadr hazırlığı üzrə missiyasının işini dayandırıb.

NATO-nun mətbuat xidməti TASS-a açıqlamasında ABŞ-ın hava hücumlarından sonra artan qeyri-sabitliyi səbəb göstərib.

"NATO-nun İraqdakı təlim missiyasının işi dayandırılıb", - deyə mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, NATO-nun İraqda yerli orduya təlim keçmək üçün qeyri-döyüş missiyası 2018-ci ilin oktyabrında Bağdadda başlayıb. Hazırda NATO-nun İraqdakı missiyasında alyans ölkələri və tərəfdaş ölkələrdən, o cümlədən İsveç və Finlandiyadan 500-dək təlimatçı və məsləhətçi var

Açar sözlər:

Oxunub: 481