Yolu keçən piyadanı maşın vurub öldürdü


14:33     05 Yanvar 2020 2020/01/90FFA525-503B-4E8F-9699-BABF7CE307DE_1578220749.jpeg

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Femida.az -a verilən məlumata görə, yanvarın 4-də axşam saatlarında Sabirabad şəhərində “VAZ 21015” markalı avtomobil yolu keçmək istəyən 1983-cü il təvəllüdlü Vəliyev Müşviq Tarverdi oğlunu vurub. Rayonun Kürkənd kəndinin sakini olan Müşviq Vəliyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 425