Bələdiyyə seçkilərində iki seçki məntəqəsinin nəticələri ləğv olunub
16:33 05 Yanvar 2020
Azərbaycanda dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri zamanı iki seçki məntəqəsində səsvermənin nəticələri ləğv olunub.
Femida.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qərar qəbul edilib.
İclasda bildirilib ki, səsvermə günü sözügedən məntəqələrdə lentə alındığı iddia olunaraq sosial şəbəkələrdə paylaşılan görüntülər araşdırılıb. Belə ki, 30 saylı Suraxanı Birinci Dairə Seçki Komissiyasının 24 saylı və 31 saylı Suraxanı Birinci Dairə Seçki Komissiyasının 30 saylı seçki məntəqələrində seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən bəzi qanun pozuntuları ilə bağlı müraciət dinlənilib. MSK nəzdində Ekspert qrupunun üzvü şikayəti araşdırıb və müraciətdə qeyd olunanlar öz təsdiqini qismən tapıb.
Eyni zamanda 30 saylı Suraxanı Birinci Dairə Seçki Komissiyasının 24 saylı və 31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasının 30 saylı seçki məntəqələrinin nəticələrinin ləğv olunması ilə bağlı qərar qəbul edilib.
Femida.az
Oxunub: 578
Oxşar xəbərlər
- Bələdiyyə sədri həbs edildi
- Bələdiyyə sədri 3 min manat məbləğində cərimələndi
- Bələdiyyə sədri 3 min manat cərimələndi - Video
- Bələdiyyələrin fəaliyyəti ilə bağlı təkliflər hazırlanıb
- Bələdiyyələr tərəfindən 1666 akt ləğv edilib
- Bələdiyyə sədri məsuliyyətə cəlb edildi
- Bələdiyyə sədrinin meyitinin tapılması ilə bağlı rəsmi açıqlama
- Bələdiyyə sədrinə cinayət işi açıldı
- Bələdiyyələrin qanunsuz verdiyi 3500 hektar torpaq geri qaytarılıb
- Bələdiyyə işçiləri ilə bağlı Operativ Qərargaha müraciət olunacaq