Kişi özünü evinin həyətində asdı


16:46     05 Yanvar 2020 1409233024_15-yashli-qiz-ozunu-asib-cenubnews.jpg


Göyçay rayonunda intihar hadisəsi baş verib.

Femida.az APA-ya istinadən bildirir ki, hadisə bu gün rayonun Ləkçıplaq kəndində qeydə alınıb.

Kənd sakini, 1968-ci il təvəllüdlü Qədirov Nail Firudin oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi, hələ ki, dəqiq məlum deyil.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 639