İmişlidə avtomobil piyadanı vurub


18:14     05 Yanvar 2020 piyada_olumu_2337.jpg

İmişli rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə gecə saat 02:00 radələrində İmişli-Qaravəlli-Mirili yerli əhəmiyyətli avtomobil yolunun Qaralar kəndindən keçən hissəsində baş verib.

Kənd sakini, 1977-ci il təvəllüdlü Orucov Mehman Afəddin oğlunu avtomobil vurub. Yaralı kəllə-beyin travması və daxili qanaxma ilə İmişli Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq üzərində cərrahiyə əməliyyatı aparılıb. Hazırda onun vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 513