Piyada avtoqəza zamanı xəsarət alıb


10:11     06 Yanvar 2020 Qeza2.jpg

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

Femida.az xəbər verir ki, hadisə Hövsan qəsəbəsində baş verib.

Yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçən 1982-ci il təvəllüdlü Məmmədkərimova Maya Sabir qızını minik avtomobil vurub. Yaralı sınıq xəsarətləri alıb. O, 1 saylı Xəstəxanaya yerləşdirilib.

Açar sözlər:

Oxunub: 388